Tae-Sunq Junq: "Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır" 

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək".

Olaylar.az bildirir ki, bunu Trend-ə Koreyanın "Yonhap" xəbər agentliyinin direktoru Tae-Sunq Junq deyib.

O bildirib ki, Bakıda keçirilən tədbirlər çərçivəsində dünya xəbər agentlikləri qarşısında duran mühüm çağırışlar müzakirə edilir, vacib qərarlar qəbul edilir və gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilir:

"Bu baxımdan tədbir mühüm əhəmiyyət daşıyır. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib".

Bakıda birinci dəfə olduğunu bildirən koreyalı qonaq şəhəri çox bəyəndiyini də bildirib:

"Ailəmlə birlikdə Bakıya turist kimi gəlməyi və bu gözəl şəhəri daha yaxşı gəzməyi çox istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31