İrəvanda Məmmədyarovun imtina etdiyi sammit başladı
Bu gün İrəvanda Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin VIII qeyri-rəsmi görüşü keçirilir Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, görüşdə, Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və digər avropalı rəsmilər iştirak edirlər.
17 Noyabr 2016 11:31 SiyasətBu gün İrəvanda Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin VIII qeyri-rəsmi görüşü keçirilir
Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, görüşdə, Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və digər avropalı rəsmilər iştirak edirlər.
Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.
Ötən gün Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev açıqlamasında bildirib ki, Azərbaycanı bu görüşdə heç kim təmsil etməyəcək.
Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.