Prezident: “Bir qarış torpaq da boş qalmamalıdır”

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indo ərzaq təhlükəsizliyi ilə üzləşiblər.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün
 

Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indo ərzaq təhlükəsizliyi ilə üzləşiblər. Odur ki, hətta inkişaf etmiş ölkələr bu problemdən birlikdə yan keçilməsini mümkün hesab edir. Azərbaycan dövləti də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirməkdədir. Etiraf edək ki, həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı xeyli işlər görülüb. Bunu Prezident İlham Əliyev də Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə etiraf edib: "Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır. Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir". Dövlət başçısı daha sonra bildirib: "Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik. Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir".
İlham Əliyev vurğulayıb ki, dövlət öz tərəfindən nə lazımdırsa onu edir: "Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır. Bax, bu yol dövlət tərəfindən tikilibdir. Digər infrastruktur layihələri, elektrik enerjisi ilə bağlı layihələr də icra olunur ki, emal müəssisələri inkişaf etsin. Dövlət öz dəstəyini göstərir. Belə olan halda işlər daha sürətlə gedəcək.
Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq". Qeyd edək ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı sisteminin yaradılması məqsədilə həyata keçirilən strategiya intensiv inkişaf amillərindən səmərəli istifadə üçün əlverişli şərait yaradıb. Ölkə əhalisinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına və emal sənayesinin xammal təchizatına zəmanət verən bu strategiya ümumilikdə aqrar potensialın reallaşmasını, Azərbaycanın dünya təsərrüfatı sistemində layiqli mövqe qazanmasına yönəlik sistemli fəaliyyəti şərtləndirir. Aqrar sahənin inkişaf strategiyası hər bir ölkə üçün, iqtisadi təhlükəsizlik və onun əsas istiqamətlərindən olan ərzaq təhlükəsizliyinin təminatı kimi həyati əhəmiyyətli məsələlərin təxirə salınmadan həllini nəzərdə tutur. Eyni zamanda, bu strategiyanı reallaşdırmaqda məqsəd ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, istehsalı, ixrac və idxal edilən ərzağın keyfiyyətini, əhalinin ərzaq istehlakı strukturunun quruluşunu yaxşılaşdırmaqdan, sosial xarakterli bir sıra digər məsələlərin həllindən ibarətdir. Mütəxəssislər hesab edirlər ki, ərzaq təhlükəsizliyində aparıcı sahə olan kənd təsərrüfatının inkişafı iqtisadiyyatın durumundan, resursların artırılmasından və onlardan səmərəli istifadə mühitindən, dünya təsərrüfatı sisteminə inteqrasiyanın və ərzaq bazarında rəqabətin xarakterindən asılıdır. Ərzaq kompleksinin səmərəliliyini şərtləndirən amillər sırasında aqrar sahədə sahibkarlığın formalaşdırılması üçün islahatların maliyyə əsaslarının möhkəmləndirilməsi, dövlət tərəfindən kompleksin tarazlı inkişafının dəstəklənməsinin mükəmməl sisteminin yaradılması xüsusi qeyd olunmalıdır. Bu kompleksin ahəngdar inkişafını təmin edən mexanizmin formalaşdırılması üçün, ilk növbədə dayanıqlı maliyyə-kredit sistemi yaradılmalıdır. Bu zaman məhsul satışı və servis xidmətlərinin maliyyə-kredit mexanizmi təkmilləşdirilməli, istehsal və resurs potensialının inkişafını təşviq edən ixrac strategiyası hazırlanmalı, maliyyə-kredit sistemində ixrac yönümlü ərzaq məhsulları istehsalı sahələri və istiqamətlərinin əsas tələbləri nəzərə alınmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında qeyd olunduğu kimi, sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmidir. Həmin mexanizm səmərəli fəaliyyət göstərməklə ərzaq kompleksinin inkişafında mühüm rol oynamaqdadır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına, sahədə iqtisadi fəallığa güclü təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri sahibkarlığın təşəkkülündə əhəmiyyətli rol oynamışdır. 2009-2013-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması müvafiq proseslərin tənzimlənməsinin nəzəri-metodoloji məsələlərinin təxirə salınmadan həllini nəzərdə tutur. Göründüyü kimi ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanda əksər vacib tədbirlər həyata keçirilib. Qanunvericilik bazası yaradılıb, maliyyə-kredit mənbələri müəyyən edilib. Qalır bircə sahibkarların bu işə vicdanlı yanaşması. Yalnız bu halda ölkədə ərzaq təhlükəsizliyi problemi həllini tapmış olar.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31