Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısıİlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısıİlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31