Partiya sədrindən millət vəkilinə irad

Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı haqlı olaraq Azərbaycanda da ciddi etiraza səbəb olub. Təqdirəlayiq haldır ki, həm Azərbaycan dövləti, həm də Azərbaycan türkləri Almaniya Bundestaqının bu lənətlənməyə layiq, heç bir əsası olmayan, üzdəniraqqətnaməsini Azərbaycanın da maraqlarına zidd olduğunu bəyan edərək qətiyyətlə pisləmiş və Türkiyənin yanında olduğunu bildirmişdi. Lakin millət vəkili Araz Əlizadə mətbuata verdiyi açıqlamada bunu Türkiyənin daxili işi kimi xarakterizə edib və Azərbaycanın məsələ ilə bağlı mövqe ortaya qoymasını lazımsız bilib.

Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qərarı haqlı olaraq Azərbaycanda da ciddi etiraza səbəb olub. Təqdirəlayiq haldır ki, həm Azərbaycan dövləti, həm də Azərbaycan türkləri Almaniya Bundestaqının bu lənətlənməyə layiq, heç bir əsası olmayan, üzdəniraqqətnaməsini Azərbaycanın da maraqlarına zidd olduğunu bəyan edərək qətiyyətlə pisləmiş və Türkiyənin yanında olduğunu bildirmişdi. Lakin millət vəkili Araz Əlizadə mətbuata verdiyi açıqlamada bunu Türkiyənin daxili işi kimi xarakterizə edib və Azərbaycanın məsələ ilə bağlı mövqe ortaya qoymasını lazımsız bilib.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "OLAYLAR"-a bildirib ki, Araz Əlizadə müntəzəm olaraq Azərbaycanın milli maraqlarına ziyan gətirə biləcək hərəkətlər edir, ifadələr işlədir: " Bu adamın dediklərinə fikir verməmək olardı,

amma nə yazıq ki, Milli Məclisin üzvü kimi özünə layiq olmayan adı daşıyır. Almaniya Bundestaqının qeyd edilən bədnam qərarına münasibət bildirən və millətin adından danışmağa layiq olmayan bu "millət vəkili" deyir ki: "Kimin nə problemi varsa, getsin öz problemini özü həll etsin. Bizim də öz problemlərimiz var, biz də öz problemlərimizi həll edərik". Və bu zaman öz dediklərini əsaslandırmaq üçün yazır ki: "AŞPA-da sonuncu dəfə səsvermə olanda, Ermənistan əleyhinə qətnamənin qəbul edilməsinə bizə dörd səs çatmadı. Bu səsi ala bilməməyimizə səbəb səsvermə zamanı zalı tərk edən Türkiyə deputatları oldu". Bu adam zalı tərk edən Türk deputatlarının milli mənsubiyyətini, özü kimi onların arasında da milli mənafelərə zidd hərəkət edənlərin olduğunu nədənsə "unudub" və özünə oxşayan bu adamların yarıtmaz hərəkətinə görə Türkiyəni, türk xalqını qınamağa, Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa "cəsarət" edib. Yazıqlar olsun. Daim Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edən Araz Əlizadənin kimə işlədiyini araşdırmaq və ona layiq olduğu qiyməti vermək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31