Türkiyə baş naziri: “TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır”

"TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır. İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq". Məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq: "Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31