Böyük Britaniyanın Baş nazirinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Böyük Britaniyanın Baş nazirinin xüsusi nümayəndəsi baronessa Emma Nikolson mayın 31-də Azərbaycana səfər edəcək. Böyük Britaniyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, səfər iyunun 6-dək davam edəcək. Baronessa Emma Nikolson 1-4 iyun tarixlərində Bakıda keçiriləcək 23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31