Milli Məclisə təkrar seçkiləri müşahidə edəcək AŞPA müşahidə missiyasının rəhbəri məlum olub
27 May 2016 13:45 SiyasətAŞPA-nın dünən keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə göndəriləcək müşahidə missiyasının rəhbəri müəyyənləşib. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, missiyanın rəhbəri Yordi Çukla təyin edilib. S. Seyidov bildirib ki, müşahidə missiyasının tərkibi 3 nəfərdən ibarət olacaq: "Missiyanın rəhbəri ilə yanaşı, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda da səfər edəcəklər". S. Seyidov AŞPA-nın dünən keçirilən Büro və bu gün keçirilən Daimi Komitəsinin iclaslarında Azərbaycanla bağlı müzakirələrin keçirildiyini də bildirib: "Azərbaycanda gedən proseslər və ümumiyyətlə, məhkəmələrin son qərarları, Xədicə İsmayılovanın azad olunması, insan haqları sahəsində çox ciddi, vacib addımların atılması müsbət qiymətləndiirlib".
Qeyd edək ki, Yordi Çukla 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub.