Ayaz Mütəllibov Moskvaya getmə səbəbini AÇIQLADI

"Moskva şəhərindən yeni qayıtmışam. 10 gün olar ki, orada idik". Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib. O, Moskvaya getmə səbəbləri barədə də danışıb.

"Azərbaycana qayıdandan sonra ikinci dəfədir ki, Moskvaya yollanıram. Bu dəfə yoldaşımla birgə getdik. Getmə səbəbimiz səhhətimizlə bağlıdır. Ümumi müayinədən keçməli idik. Şükürlər olsun ki, səhhətimizdə hər şey qaydasındadır. Qorxulu heç nə yoxdur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31