Suraxanıda Respublika Günü qeyd edilib
27 May 2016 12:48 Siyasət"28 may - Respublika günü" münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri" mövzusunda konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin 98 illiyi münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək qeyd edib ki, ölkəmiz şərqin ilk demokratik respublikası olub. 98 il bundan əvvəl - 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik üsul-idarəyə əsaslanan cümhuriyyət qurulub. İlqar Abbasov xüsusi vurğulayıb ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir.