ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Azərbaycana səfər edəcək
27 May 2016 11:47 SiyasətRobin Danniqan Caspian Oil&Gas 2016 beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Robin Danniqan Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, R.Danniqanın "Xəzər nefti və qazı" illik beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, "Xəzər nefti və qazı" "Caspian Oil&Gas 2016" 23-cü Beynəlxalq sərgisi və konfransı iyunun 1-4-də Bakıda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31