Prezident İlham Əliyev Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31