Malena Mard: “Azərbaycan müstəqillik qazandıqdan bu yana Aİ-dən 580 milyon avro dəstək alıb”

"Bu il Azərbaycanla Avropa İttifaqı əməkdaşlığın 25 illiyini qeyd edir". Məlumata görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Aİ tərəfindən reallaşdırılan Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək (SİBA) layihəsi çərçivəsində keçirilən konfransda deyib. O bildirib ki, hər iki tərəf gələcəkdə əməkdaşlığı daha əlverişli hala gətirməyə çalışır: "Azərbaycanla Aİ arasında ticarət və iqtisadiyyat sahəsində güclü əməkdaşlıq var. Azərbaycan dövlət qurumlarının "tvining" layihələrinə böyük marağı var. Azərbaycanda 43 "tvining" layihəsi keçirilib. Bu rəqəmə əsasən Ukraynadan sonra ikinci dövlət Azərbaycandır. Müstəqillik qazandıqdan bu yana Aİ Azərbaycana 580 milyon avro dəstək verib. Azərbaycanla Aİ arasında bir çox sahələrdə çox güclü əməkdaşlıq mövcuddur. Gələcəkdə daha çox və daha yaxşı iş görə biləcəyimiz layihələr həyata keçirəcəyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31