Mərdan Camalov və Rauf Əliyev "Şöhrət" ordeni ilə təltif edildilər

Azərbaycan Prezidenti İlham Əliyev Mərdan Camalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov "Şöhrət" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Rauf Asif oğlu Əliyev də "Şöhrət" ordeni ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31