Milli Məclisə təkrar seçkilərlə əlaqədar 7 nəfərin namizədliyi qeydə alınıb

Bu günə qədər 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, namizədliyi qeydə alınanlardan ikisi siyasi partiyaların namizədi (Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov, Ümid Partiyasının namizədi  İqbal Ağazadə), 5-i isə fərdi qaydada namizədliyi irəli sürülmüş şəxsdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31