Avstriya Prezidenti: ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması üzrə yeganə düzgün platformadır

Aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin eskalasiyası ciddi narahatlıq doğurur. Məlumata görə, bunu Avstriya Federal Prezidenti Haynts Fişer "The Business Year" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması üzrə yeganə düzgün platformadır. Prezident əlavə edib ki, çoxtərəfli diplomatiyaya xüsusi önəm verir və Avstriya ATƏT-də Almaniyanın uğurlu sədrliyi əsasında sədrlik edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31