Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib
23 May 2016 16:55 Siyasətİstanbulda Dünya Humanitar Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko arasında görüş keçirilib. Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Görüşdə Ukrayna prezidentinin Azərbaycana rəsmi səfərinə hazırlıq məsələləri müzakirə edilib. Ölkə başçıları yaxın vaxtlarda ticari və iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31