ADP amnistiya aktını təqdir edib
23 May 2016 15:52 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti millət vəkili M.Əliyevanın təşəbbüsü ilə parlamentdə amnistiya aktının qəbul edilməsini humanizm baxımından təqdir edib. İdarə Heyəti ucqar əyalətlərdən gətirilən xəstələrin paytaxt Bakıda müalicə olunması ilə bağlı qoyulan məhdudiyyətəri pisləyib bu faktı milyonlarla dövlət vəsaiti hesabına rayonlarda istifadəyə verilən xəstəxanalarda tibbi xidmətin aşağı səviyyədə olması ilə əlaqələndirib, problemin həlli olaraq ölkəmizdə tibbi sığorta sisteminə keçirilməsini təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31