Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında təlim keçir

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlər keçir. APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilərinin nəzarət etdikləri ərazilərdəki dağ massivləri və düzəngahlarda keçirilən təlimlərə canlı qüvvə, zirehli texnika və artilleriya qurğuları cəlb olunub. Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31