Azərbaycan 7-ci Ümumdünya İslam Forumunda iştirak edəcək
23 May 2016 14:10 SiyasətMayın 24-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Cavid Vəliyev İran İslam Respublikasında səfərdə olacaq. Bu barədə məlumat "OLAYLAR"-a SAM-dan daxil olub. Bildirilib ki, səfərdə məqsəd "Strateji Əlaqə: dəyərlər, institutlar, fərdlər" mövzusunda 7-ci Ümumdünya İslam Forumunda iştirak və çıxış etməkdir. SAM-ın şöbə müdiri C.Vəliyev "İslam Dünyası Terrorizmə qarşı mübarizədə bir olmalıdır!" mövzusu ilə çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31