Moskvada Respublika Günü qeyd edilib

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən 28 May-Respublika Günü və iyun ayının 2-də Bakıda keçiriləcək Dünya azərbaycanlılarının dördüncü qurultayının əhəmiyyəti və vacibliyi mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan icması evində keçirilən tədbirdə azərbaycanlı gənclər , ağsaqqalr və bir çox diaspor fəalları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili tədbir iştirakçılarını öz adından və ÜAK -ın Moskva bölməsinin rəhbəri Şamil Tağıyevin adından salamlayaraq, onlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışan nümayəndəlik rəhbəri İslam Şərqində ilk demokratik respublikanın Azərbaycan Demokratik Respublikası olduğunu söyləyib. Daha sonra çıxış edən "Şəhriyar Ədəbi -Mədəni Cəmiyyəti"nin sədri Vasif Məmmədov Xalq cumhuriyyətinin qurucuları haqqında məlumat verərək bildirib ki, ilk dəfə olraq şərqdə yardılan demokratik respublika ADR olub. Tədbirdə çıxış edən gənclər bir -çox maraqlı təkliflər veriblər. Sonda Respubilka Günü münasibəti ilə filim və gənclərin ifasında milli musiqi alətlərimizdə musiqilər ifa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31