Hesablama Palatasının hesabatı aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq
6 Aprel 2016 14:37 SiyasətAzərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti barədə hesabat Milli Məclisin aprelin 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Parlamentdən APA-ya verilən məlumata görə, qurumun il ərzində apardığı yoxlamalarla bağlı hesabatı Palatanın sədri Vüqar Güləhmədov təqdim edəcək. Hesabat gələn həftə tanışlıq üçün deputatlara paylanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31