Azərbaycanda 701 partlamamış hərbi sursat zərərsizləşdirildi
6 Aprel 2016 12:37 Siyasət2016-cı ilin mart ayı ərzində 1,762,402 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 701 ədəd PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 320,443,366 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 716,307-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Samux və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir. 2016-cı ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.