Dağlıq Qarabağda erməni köçü: 3 min erməni QAÇIB

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra yerli ermənilər ev-eşiklərini tərk edərək qaçmağa başlayıblar. Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, ilkin məlumatlara görə, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarını tərk edən ermənilərin sayı artıq 3 min nəfəri keçib. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin nümayəndələrinə görə, Dağlıq Qarabağdakı xəstəxanalar yaralı hərbçilərlə doludur. Dərman vasitələri çatışmır. Qırmızı Xaç Xankəndi şəhərindəki xəstəxanalara dərman preparatları, tibb dəstləri və sarğı materialları yollayıb. Hadrut və Ağdərə rayonlarının faktiki olaraq boşaldığı da vurğulanır. Hetq.am bildirir ki, atəşkəs elan olunsa da, Ağdərə və Hadrutdan olan erməni ailələri evlərinə qayıtmaq istəmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31