“Bütün dünya bilməlidir ki,..
Əhməd Davudoğlu: “Türkiyə Ermənistanın təcavüzü və işğalına qarşı can Azərbaycanla çiyin-çiyinə durmağa qiyamətə qədər davam edəcək”
6 Aprel 2016 11:08 Siyasət"Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın təcavüzü və işğalına qarşı can Azərbaycanla çiyin-çiyinə durmağa qiyamətə qədər davam edəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin qrup toplantısında çıxışı zamanı səsləndirib. Baş nazir bildirib ki, Türkiyə Azərbaycanın haqlı davasına bu günə qədər olduğu kimi bundan sonra da dəstək verməyə davam edəcək: "Can Azərbaycanın verdiyi hər bir şəhid bizim canımız, ürəyimizdir. Dağlıq Qarabağ da daxil olmaq üzrə Can Azərbaycanın işğal altında olan bütün torpasqları azad edilənə qədər biz də 78 milyon olaraq Azərbaycanın yanlında durmağa davam edəcəyik. İnşallah gün gələcək Azərbaycan torpaq bütöpvlüyü bərpa olunacaq".