Hikmət Hacıyev: "XİN sözçüsü kimi "Reuters"ə atəşkəslə bağlı təkzib açıqlaması verməmişəm"

Azərbaycan Xarici İşlər Nazirliyi "Reuters" xəbər agentliyinin atəşkəs barədə Azərbaycan XİN-ə istinadən verdiyi məlumatı təkzib edib. XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, XİN-in sözçüsü kimi o, "Reuters"ə heç bir açıqlama verməyib: ""Reuters" kimi ciddi təşkilat tərəfindən belə bir məsuliyyətsiz xəbərin yayılması düzgün deyil".

Qeyd edək ki, "Reuters" Dağlıq Qarabağda atəşkəs elan olunmasına rəy öyrənmək üçün Azərbaycan XİN-in mətbuat xidmətinə müraciət etdiyini və nazirlikdən xəbərin təkzib olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31