Metyu Brayza: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməlidir
5 Aprel 2016 16:40 SiyasətBeynəlxalq ictimaiyyət bu gərgin məqamda Rusiyanın göstərdiyi fəallıq səviyyəsində iştirakını artırmaq yolu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilərdi. Rusiya Prezidenti, müdafiə naziri və xarici işlər naziri bu məsələdə aktiv mövqe tutur. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ATƏT-in Minsk qrupunun simasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli nizamlanmasına kömək etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31