XİN: Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb

"İlkin məlumatlara əsasən Misirdə qaçırılan və daxili reyslə uçan təyyarədə Azərbaycan vətəndaşları olmayıb". Bunu  açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkənin müvafiq orqanları ilə təmasları davam etdirir.

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava">hava limanına enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31