Ilham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər. Dövlət başçısı və xanımı Fəxri xiyabanda Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər. Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31