XİN: Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır

Biz 27 mart tarixində Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik. Bunu Milli.Az-a açıqlamasında Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır: "Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31