Belçika Senatının deputatları Qarabağa qanunsuz səfər etdilər VIDEO
16 Mart 2016 16:24 SiyasətBelçika Krallığının parlamentinin bir qrup deputatı Dağlıq Qarabağa qanunsuz səfər edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyətinə Belçika Senatı sədrinin 1-ci müavini Karl Fonlauven, Flamand parlamentinin deputatları Karim fon Overmeyer, Vard Kennes, Mark Hendriks, professor Pol Mirts daxil olub. Avropalı deputatlar Xankəndi şəhərində separatçı rejimin üzvləri və yerli universitetlərdə tələbələrlə görüş keçiriblər. Modern.az Belçika Senatının üzvlərinin Qarabağ səfəri barədə yerli erməıni jurnalistlərin reportajını təqdfim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31