Əfv sərəncamı nə vaxt veriləcək?
16 Mart 2016 15:41 Siyasət"Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər". Bunu azvision.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. "Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir", - deyə Ə.Nuriyev vurğulayıb.
Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: "Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq sərəncamın nə zaman imzalanacağından xəbərsizəm".
Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31