Ərdoğan: "Azərbaycanla qarşılıqlı sərmayələrimizin həcmini 5 il ərzində 20 milyard dollara çatdırmağı planlaşdırırıq”

"Prezident İlham Əliyevi 2016-cı ili multukulturalizm ili elan etməsi münasibətilə təbrik edirəm ". APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan bildirib ki, bu ayın sonunda Vaşinqtonda keçiriləcək nüvə sammitində də Azərbaycan prezidenti ilə bir araya gələcək: "Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl - aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbir iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 1,5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq". Türkiyə prezidenti Naxçıvanın böyük turizm potensialı olduğunu da qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31