Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüş olub, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası başlayıb

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. APA-nın məlumatına görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martın 15-də bakıda keçirilməsi nəzərdə tutulsa da, Ankarada törədilmiş terror aktına görə Ərdoğanın səfəri təxirə salınıb. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev iclasın Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31