Fotoda gördüyünüz məxluq Artur Zurabyandır. "Mən Artur Baqdasaryandan zəif siyasətçi deyiləm", - söyləyən Artur Zurabyan Erməni Ümummili Hərəkatını tərk etdiyini, "İnkişaf və İntibah" Partiyası adlı qurum yaratmağa başladığını deyib.
O, hakimiyyətə yollanmaq, siyasi ölüyə çevrilmək istəmir.
Siyasətçi hakimiyyətdə qalmaq üçün bütün vasitələrə əl atırsa, hətta yalan və fırıldaqdan çəkinmirsə, deməli, beləsinin yaşam fəlsəfəsi "ya hakimiyyət, ya ölüm!" qədər trivial, primitivdir.
Ermənistandakı "Orinas Yerkir" Partiyasının sədri, sabiq parlament spikeri Artur Baqdasaryanın "Erməni İntibahı Birliyi" Partiyası (EİBP) adlı yeni qurum yaratması da birmənalı olay deyil.
2017-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşan Baqdasaryan nüfuzunu itirmiş və hakimiyyətlə separat sövdələşmələrlə özünü fiaskoya uğratmış "Orinas Yerkir" vasitəsilə real heç nə əldə edə bilməyəcəyini anladığından EİBP yaratmağa qərar verib.
Siyasi tamahkarlıq, sırf merkantil maraqların təminatı məqsədilə atılan bu addım perspektivli deyil. Çünki Ermənistan siyasətinin künc-bucağında qalan, "canlı ölü"lər olan 12 partiya və 140 ictimai təşkilatı birləşdirən EİBP qaraçı taboruna bənzəyir.
Partiyaya qatılan, yeni siyasi təşkilatın "özəyini" təşkil edən qurumların bəzilərinin adlarına nəzər salmaq yetər.
"Xeyirxah olaq", "Surb Sanduxt", "Kişilər", "Qadınlar bu gün", "Xilas edilmiş nəşlər", "Gümrünün xristian qadınlar assosiasiyası", "Erməni-ABŞ dostluğu", "Alisa", "Marine", "Göyərçin", "Ümid pəncərəsi", "Martuni Taron menecerlər klubu", "Zeytun - Qartal Yuvası", "Vətəndə ədalətsizlik və bərabərsizliyin qarşısının alınması, "Mütərəqqi Demokratlar Birliyi", "Avropa Demokratik Hərəkatı", "Erməni Avtomobil Klubu", "Milli Dəyərlərin Mühafizəsi Cəbhəsi", "Ermənistan Ənənəvi Gənclər Birliyi", "Vəhdət", "Rus dili və ədəbiyyatı pedaqoqları-veteranları İttifaqı", "Bakirə Qadınlar Birliyi"...
Partiyaya "Böyüməyə imkan verin" və "Müqəddəs Məryəm", həmçinin "Nairi döşləri" və "Ehtiras" adlı qrupların da qatılması göstərir.
Bütün bunlar Ermənistanın daxili siyasətinin bataqlığa çevrildiyini göstərir. Sən demə, Serj Sarkisyan rejimi ilə bir neçə dəfə sövdələşərək müxalifəti satmaq, verilən vədlərə və deyilən sözlərə xəyanət etmək, sonra hakimiyyət koalisiyasına qatılmaq, ölkənin talanına görə məsuliyyəti bölüşmək, daha sonra iqtidardan qovulmağın acısını çəkmək, axırda da bir neçə ay "rebrendinq"lə məşğul olmaq və "yeni partiya" ilə gündəmə qayıtmaq olar.
Artur Baqdasaryan "cəmiyyətin kölə vəziyyətinə salınmış hissəsinin xilasının vacib" olduğunu deyir. Fəqət, həmin insanları kim kölə vəziyyətinə salıb, ermənilərin sabaha ümidlərinin itməsinə, müxalifətə əsla inanmasına səbəb olub?!
Artur Baqdasaryan susur.

Ermənistan siyasətinin əcaibliyinin daha bir məqamı odur ki, qonşu ölkədə hakimiyyətdə olanda müxalifətçilik etməyə çalışan, müxalifətdə olanda isə hakimiyyətin sifarişlərini can-başla yerinə yetirənlərin sayı artır.
Belələri hakiimiyyətdə olanda "hər şeyi düz edir", iqtidardan qovulub müxalifətdə papaqlarını günə yandıranda isə "ölkə bərbad həkimiyyət və yarıtmaz iqtidara görə bu günə düşüb" deyirlər.
Əslində belələrinin həyat prinsipi "Ya hakimiyyət, ya ölüm!" təkidir.
Belə şəraitdə binəva Ermənistanın hansısa real perspektivlərindən, ölkənin inkişaf yollarından danışmaq mənasızdır.
Eyni şüarlar, tostlara bənzəyən çağırışlar və yalnız maskalarını dəyişən siyasətçilər - heç nə dəyişmir.