Kaladze: "Azərbaycandan Gürcüstana qaz nəqlini artırmaq üçün müxtəlif imkanlar nəzərdən keçirilir"

Gürcüstan Azərbaycandan nəql olunan qazın  həcmini artırmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib. "Gürcüstana nəql olunacaq qazın həcmini artırmaq üçün biz SOCAR və "Şahdəniz" konsorsiumu ilə danışıqlar aparırıq. Müxtəlif imkanlar nəzərdən keçirilir. Gürcüstan əlavə olaraq 400-500 mln. kubmetr qaz nəql etmək niyyətindədir. Yaxın müddət ərzində hər şeyə aydınlıq gələcək. Hələlik heç bir detalı açıqlamaq istəmirəm", - deyə K. Kaladze bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00