Azərbaycan və Gürcüstan Prezidentlərinin Birgə Bəyannaməsi təsdiq edildi
29 Fevral 2016 13:58 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sənəddə qeyd olunur:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin 2015-ci il noyabrın 5-də Tbilisi şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00