Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq edildi
29 Fevral 2016 13:56 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sənəddə qeyd olunur:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Müqavilə və onun Proqramı təsdiq edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00