Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında qanun təsdiq edildi
29 Fevral 2016 13:35 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sənəddə qeyd olunur:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında" 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Müqavilə təsdiq edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00