Federika Mogerini və Maroş Şevçoviç Azərbaycana gəlir
24 Fevral 2016 13:54 SiyasətAvropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıya gəlir. Aİ-dəki mənbənin APA-ya verdiyi məlumata görə, o, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısına qatılacaq. Səfər çərçivəsində F. Mogerininin rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00