Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib

ATƏT-in fəaliyyətdə olan sədri Almaniya Federativ Respublikası tərəfindən türkiyəli ilahiyyatçı, dosent Bülent Şenay ATƏT-in müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə xüsusi təmsilçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. XİN-in açıqlamasında bildirilir ki, Türkiyə ATƏT coğrafiyasında təhlükəsizlik  tədbirlərinin gücləndirilməsi və qurumun siyasi-hərbi, ətraf mühit, insan ölçüsü ilə bağlı fəaliyyətlərinə əhəmiyyətli töhfə verir: "Ölkəmiz regional qeyri-stabillik, miqrant axını və terror təhdidlərinin artması fonunda dözümsüzlük, irqçilik, İslam əleyhinə çıxışların önlənməsi baxımından beynəlxalq institutların fəaliyyətinin dəstəklənməsinə xüsusi töhfə verir. Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliyə qarşı qərarlı yanaşmamız nəticəsində bu təyinat tərəfimizdən məmnuniyyətlə qarşılanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00