İlham Əliyev Estoniya Prezidentini təbrik edib
23 Fevral 2016 18:49 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00