Prezident İlham Əliyev İranda rəsmi səfərdədir
23 Fevral 2016 12:31 SiyasətAzərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Süvari dəstənin müşayiət etdiyi Azərbaycan prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00