Argentinada Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilmişdir
23 Fevral 2016 11:35 Siyasət2016-cı ilin 22 fevral tarixində Azərbaycan Respublikasının Argentinadakı Səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunmuş tədbirdə həmin Universitetin professor-müəllim heyətinin üzvləri və 2015-ci ildə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə qatılmış tələbələr iştirak etmişdir. Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilmiş, tədbir iştirakçılarına Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində kitab və jurnallar təqdim olunmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00