"İşğalçılıq, terror Ermənistanın dövlət siyasətidir"
Prezidenti İlham Əliyev İran səfəri öncəsində bu ölkə ilə olan münasibətlərə dair mesajlar yazıb
23 Fevral 2016 11:33 SiyasətAzərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasdına səfəri öncəsində sosial şəbəkədə bu ölkə ilə olan münasibətlərə dair mesajlar yazıb. Anspress-in məlumatına görə, prezident İlham Əliyev Azəerbaycanla İran arasındakı ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bəyan edib. Beynəlxalq terrorizm coğrafiyasının genişlənməsinin bütün dünya dövlətlərini narahat etdiyini qeyd edən Azərbaycan prezidenti ölkəmizin Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən və erməni terror dalğasından ciddi əziyyət çəkdiyini bildirib. Terrorun Ermənistanın dövlət siytasəti olduğunu bildirən prezident İlham Əliyev vburğulayıb ki, həmin siyasət bu gün də davam etməkdədir.
Dağlıq Qarabağ münaqişəsinin həllindən də yazan ölkə başçısı işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilməsinin beynəlxalq hüquqa hörmətsizlik olduğunu bəyan edib. Prezident İlham Əliyev "Twitter" mikrobloqunda Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normalarının mövcud olduğunu bildirib və ölkədəki tolerantlıq mühitinin bütün dünyaya nümunə olduğunu qeyd edib.
Sonda Azərbaycan prezidenti İlham Əliyev, İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə Azərbaycan İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib.
"Müstəqillik dövründə Azərbaycanla İran arasında bütün istiqamətlərdə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini ciddi narahat edir və etməlidir. Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və həmin siyasət bu gün də davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti bütün dünyada nümunə kimi qəbul olunur. İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə Azərbaycan İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verir." - deyə prezident İlham Əliyev sosial şəbəkədə yazdığı twitdə bildirib.
Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl də dəfələrlə "Twitter" mikrobloqu vasitəsi ilə öz mesajını izləyicilərinə çatdırmışdı.