XİN: Türkiyə terror qruplaşmaları ilə fəal mübarizə aparır
19 Fevral 2016 12:34 SiyasətTürkiyə regionda terror qruplaşmaları ilə fəal mübarizə aparır. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərininn sayca beşinci üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bəzi ölkələrdən fərqli olaraq Türkiyə üçün terror qruplaşmaları arasında fərq yoxdur. Nazir qeyd edib ki, İŞİD Türkiyə üçün ciddi təhlükə törədir. M.Çavuşoğlu, həmçinin Rusiyanı Suriya müxalifətinin mövqelərini bombalamağı dayandırmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00