Dünyanın ən ciddi problem- selektiv abort

Azərbaycan da bu problemdən kənarda qalmayıb

Müasir dünyada ən aktual problemlərdən biri abortlardır. Dünyanın ayrı-ayrı ölkələrində aborta münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortu tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova qeyd edib ki, ayrı- ayrı ölkələrdə abortlara-yəni hamiləliyin dayandırılmasına müxtəlif yanaşmalar mövcuddur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: Tamamilə abortu qadağan edən ölkələr: Bu qrupa daxil olan ölkələr aborta cinayət kimi baxır. Həmin ölkələr: Əfqanistan, Banqladeş, Anqola, Venesuella, Qvatamella, Honduras, Misir, İndaneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya, Çili - burada istisna hal odur ki, əgər qadının həyatı risk altındadırsa, o zaman abort edə bilər. Tibbi göstəricilərə əsasən və istisna hallarda aborta icazə verən ölkələr: Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvay. Məsələn, 1985-ci ildə İspaniyada cinsi zorakılıq halı baş verərsə, qadının fiziki və psixi sağlamlığı hamiləliyi davam etdirməkdə çətinlik yaratdığı hallarda aborta rəsmi şəkildə icazə verilir. Tibbi və sosial-iqtisadi göstəricilərə əsasən aborta icazə verilən ölkələr: İngiltərə, Hindistan, İslandiya, lüksemburq, Finlandiya, Yaponiya kimi ölkələrdə yalnız tibbi və sosial-iqtisadi göstəricilər əsasında, həmçinin zorakılıq hallarında abort icazə verilir. Azad abortlar: Nisbətən liberal olan ölkələrdə isə qadın hamiləliyini dayandırmaq haqqında qərarı müstəqil verə bilər. Burada əsas yanaşma qaqdının sağmamığıdır. Hamiləliyin erkən dövrdə dayandırılması, yəni aborta sərbəst şəkildə icazə verilməsi əsasən MDB Baltik ölkələrində, Avstraliya, Avstrya, Albaniya, Belçika, Bolqarstan, Macarıstan, Vyetnam, Almmaniya , Yunanıstan, Danimarka, İtalya, Kamboca, Kanada, Koreya Xalq Respublikası, Kuba, Monqolustan, Hollandiya, Norveç, Rumınya, Sinqapur, Slovakiya, ABŞ, Tunis, Fransa, Çexiya, İsveç, Cənubu Afrika Respublikası. Sovet hökuməti isə dünyada ilk dəfə abortları leqallaşdırıb. "Qadınların sağlamlığının qorunması haqqında" qanunda abortların pulsuz və könüllü olması əksini tapıb. Sovet dövründə abortdan ölən qadınların sayı statistikada azaldılırmış və 4%-dən 0,28%-ə qədər endirilirmiş. Sonradan isə abort tamamilə məhdudlaşdırıldı. Bu isə kriminal abortların və öz-özünü abort etmələrin sayını artırdı. 1940-cı ildə 2 mindən çox qadın abortla bağlı həyatını itirmişdi. Nəticədə abort edənlərə qarşı "uşaq qətli"nə görə cinayət işi açılmışdı. Onun bildirdiynə görə, 1955-ci ildə isə "Abortlara qadağanın qaldırılması haqqında" fərman çıxmışdı. Rusiyada abortun pik həddi 1964-cü ildə olmuşdu: 5,6 mln. 1980-ci illərin sonunda SSRİ abortun sayına görə dünyada birinci yeri tuturdu. Ötən əsr ərzində bütün dünyada abort olunan uşaqların sayı doğulanların sayından çox olub. Rusiyada hər 81 doğuşa 100 abort düşür. Ukraynada isə 1999-cu ildə 10-14 yaşlı qızlar 500, 15-17 yaşlı qızlar isə 35 000 abort etdiriblər. Bu ölkədə qadınların sonsuzluğunun 70-80%-nin erkən abortlarla bağlı olduğu müəyyənləşdirilib. Ukraynada ölü uşaq doğan qadınların 95 %-i əvvəlki uşaqlarını abort etdirdiklərini bildiriblər. Diri doğulan uşaqların kifayət qədər olmasına baxmayaraq, abortların sayına görə dünyada MDB ölkələri hələ yüksək yerdə qərarlaşıblar. 2001-ci ildə Rusiyada 1 milyon 320 min uşaq anadan olmuşsada, 1milyon 800 min abort olunmuşdur. BMT-nin sağlamlıq hüququ məsələləri üzrə Azərbaycan məruzəçisi Anand Hrover qeyd etmişdir ki Azərbaycan abortların sayına görə lider ölkələrdən biridir. Bu bir tərəfdən uşağın cinsiyyəti ilə bağlıdırsa digər tərəfdən isə cinsi və reproduktiv sağlamlıqla əlaqədar Dövlət proqramlarının catışmamazlığı ilə izah olunur. Qadınlar abort edəndə sənədlərdə öz arzusu ilə abort etdiklərini qeyd edirlər, lakin bəllidir ki, qadınlar bir cox hallarda aborta məcbur edilirlər. RSR-1 qlobal proyektin cərcivəsində Azərbaycanda reproduktiv saglamlıq və ailə planlaşdırılması zamanımüasir vasitələrdən istifadə ilə bağlı tədqiqat kecrilmişdir. Qrupun rəhbəri Rebeka Patsikin fikirlərinə görə, tədqiqat zamanı müəyyən olunmişdur ki, abortlarin səviyyəsi yuksək və kontraseptivlərdən istifadə isə aşağı səviyyədədir. 1000 nəfər arasında kecrilmiş sorguda həm kişilər, həm də qadınlar arzuolunmaz hamiləliyin aradan qaldırılmasında abortu daha təhlükəsiz hesab edirlər nəinki digər vasitələr. Səhiyyə nazirliyi abortlar nəticəsində son illərdə Azrbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Bunun başlıca səbəbi qadınların riskli hesab edilən abortlara meyllənməsidir. Risqli abortlar adətən 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır ki, həkimlər bunu qadın üçün ciddi təhlükə sayırlar: "Abortların müxtəlif səbəbləri vardır. Bəzi qadınlar ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitin olmamasını, evin olmamasını, işsiz oldularını (həm özlərinin, həm də ərlərinin) göstərirlər. Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar. Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Əgər uşağın cinsiyyəti qızdırsa, hamilə qadınlar ya həyat yoldaşı ya da qaynanaları tərəfindən təzyiqə məruz qalırlar. Bəzən onları boşamaqla qorxudurlar. Lakin əgər biz həm tibbi, həm də dini cəhətdən artıq illərdir ki, təsdiqini tapan sadə bir məsələni maarifləndirmə yolu ilə insanlara başa sala bilsək, onda bilərlər ki, uşağın cinsiyyəti kişidən asılıdır. Burada qadın heç bir rol oynamır, o yalnız yetişdirir. Normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycan qanunvericiliyi də abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionrada aparılmasına icazə verilir. Amma bu qanun sovet dövründən qalma qanundur". Onun sözlərinə görə, hazırda acıq aydın görünməsə də, bu gələcəkdə demoqrafik problemə cevrilə bilər. Qeyri- rəsmi statistikaya görə 100 hamilə qadından 30-u abort etdirir. Bu isə abortların səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması çətinləşə bilər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31