Ordu

Ordumuzun ən gözəl XANIM XÜSUSİ TƏYİNATLISI HAMINI HEYRAN ETDİ - FOTO

26 İyun 2018 14:05

Azərbaycan Silahlı qüvvələrində qadınların olması nadir hadisə deyil. Hazırda ordumuzda zabit, gizir, çavuş və s. rütbəsi olan yüzlərlə qadın xidmət edir. Bəşəriyyətin gözəl nümayəndələri hələ qədim dövrlərdən öz qəhrəmanlığı ilə fərqlənirdi. Əfsanəvi qəhrəmanlarımız Koroğlu, Qaçaq Nəbi həyat yoldaşları - Nigar və Həcər ilə çiyin-çiyinə mübarizə aparıblar. İkinci Dünya Müharibəsi zamanı cəsur pilotlar Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədov, Sona Nuriyeva, hərbi həkim Züleyxa İsmayılova, Safiya Rüstəmbəyova, Kübra Məmmədova, Suğra Paşayeva, Səkinə Əliyeva, Sara Mirnağızadə və başqaları çoxsaylı döyüşlərdə qəhrəmanlıq nümayiş etdiriblər.

Ermənistan Qarabağda 18 İTKİ VERDİ - İrəvan ŞOKDA

26 İyun 2018 14:03

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb. Bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir. Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub.

Bakıda möhtəşəm parad: pilotlarımızdan HEÇ KİMİN ETMƏDİYİ RİSKLİ AVİAŞOU - VİDEO (YENİLƏNDİ)​​​​​​​

26 İyun 2018 11:58

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.

İlham Əliyev hərbi paradda iştirak edir - YENİLƏNDİ

26 İyun 2018 10:15

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.

Gədəbəyədə mövqelərimiz atəşə tutulub

26 İyun 2018 10:06

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Müşfiq Ələsgərli: “Ordumuz qələbə paradı keçirməyi haqq edir”

25 İyun 2018 18:32

“Prezident İlham Əliyevin məşhur şüarı var: Azərbaycan müstəqil dövlətdir, onun güclü ordusu var və bu ordu müstəqil Azərbaycan dövlətini qorumağa qadirdir. Fikrimcə, bu qısa cümlədə ifadə edilən fikirlər Azərbaycan ordusunun missiyasını və imkanlarını tam ifadə edir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Müdafiə Nazirliyi paradla bağlı məlumat yaydı

25 İyun 2018 16:13

Müdafiə Nazirliyi iyunun 26-da hərbi parad keçiriləcəyi ilə bağlı məlumat yayıb.  Məlumata görə, hərbi paradda 4000 nəfərədək şəxsi heyət iştirak edəcək.

Bu ölkələrin yüksək rütbəli şəxsləri Bakıda keçirilən paradı izləməyə gələcəklər

25 İyun 2018 15:44

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü mərasimində Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmilərinin iştirakı planlaşdırılır. Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar tədbirdə iştirak etmək üçün Bakıya gələcək.

Azərbaycan Ordusu - qürur mənbəyimiz

25 İyun 2018 13:09

Hərbi parad vətənpərvərlik hissinin artırılmasında əvəzsiz vasitədir Dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan Silahlı Qüvvələrinin paradı qürur mənbəyi olmaqla yanaşı, hər bir vətəndaş üçün sevinc doğuracaq hadisədir.