Müşfiq Ələsgərli: “Ordumuz qələbə paradı keçirməyi haqq edir”

“Prezident İlham Əliyevin məşhur şüarı var: Azərbaycan müstəqil dövlətdir, onun güclü ordusu var və bu ordu müstəqil Azərbaycan dövlətini qorumağa qadirdir. Fikrimcə, bu qısa cümlədə ifadə edilən fikirlər Azərbaycan ordusunun missiyasını və imkanlarını tam ifadə edir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Prezident İlham Əliyevin məşhur şüarı var: Azərbaycan müstəqil dövlətdir, onun güclü ordusu var və bu ordu müstəqil Azərbaycan dövlətini qorumağa qadirdir. Fikrimcə, bu qısa cümlədə ifadə edilən fikirlər Azərbaycan ordusunun missiyasını və imkanlarını tam ifadə edir".

Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ordumuzun əsas missiyası ölkəmizi qorumaqdır və bunu çox ləyaqətlə yerinə yetirir: "Nizami ordumuz formalaşandan sonra düşmənin bütün təxribatlarına layiqincə cavab verilib. 2016-cı ilin aprel hadisələri göstərdi ki, müasir silahlarla təchiz edilmiş, müasir texnologiyalarla təlimləndirilmiş, milli vətənpərvərlik ruhuna malik ordumuz indi nəinki düşmən təxribatlarına layiqincə cavab verə bilir, həm də işğal altındakı torpaqları tamamilə azad etmək gücündədir. Ümid edirik, artıq ordumuz qələbə paradı keçirməyi haqq edir və o gün çox da uzaqda deyil".

Sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31