Azərbaycanın hərbi qüdrətinin göstəricisi
27 İyun 2018 13:49 SiyasətVə Ermənistanı təşvişə salan məqamlar
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm hərbi paradda nümayiş etdirilən yeni müasir silahlar, hərbi texnikalar, eləcə də hərbi parad zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı işğalçı ölkəyə ünvanladığı xəbərdarlıq mesajları İrəvanda ciddi narahatçılıq doğurub. Ölkəmizin hərbi qüdrətinin açıq şəkildə nümayiş etdirilməsindən ciddi təşvişə düşən Ermənistan rəhbərliyinin yaranmış situasiyanı öz xeyrinə dəyişmək üçün var-gəl etdiyi bildirilir. Ancaq ortada olan reallıq ondan ibarətdir ki, İrəvanın hansı addımı atmasından asılı olmayarq işğalçı ölkə siyasi və iqtisadi baxımdan olduğu kimi hərbi baxımdan da Azərbaycandan çox-çox geri qalır. Və bu amil onu deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən anda qısa müddətə öz ərazilərini işğaldan azad etməyə qadirdir. Elə əksəriyyət ekspertlər, siyasilər də bu qənaətdədir.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Silahlı Qüvvələrimizin 100 illik yubileyi münasibəti ilə keçirilən paradda dörd vacib məqam var idi. Onun sözlərinə görə, birinci növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında silahlı qüvvələrimizə verdiyi yüksək qiymət və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi vacib bəyanatlar: "İkincisi, şəxsi heyətin və müasir hərbi texnikanın iştirakı ilə keçirilən möhtəşəm hərbi parad. Bakıda keçirlən hərbi paradda qardaş Türkiyənin silahlı qüvvələrinin hərbi dəstəsinin iştirakı. Yüz minlərlə vətəndaşlarımızın ordumuza dəstək vermək üçün üçrəngli barağmızla ailəliklə paradı izləməsi".
Müstəqil ekspert Əlabbas Məhərrəmli isə bildirib ki, hərbi parad öz möhtəşəmliyi ilə seçilməklə yanaşı, həm işğalçı Ermənistana, həm də onun beynəlxalq hamilərinə qəti mesaj oldu: "Əslində, hələ neçə həftə əvvəl yayılmış məlumatlarda da bildirilirdi ki, Ordumuzun 100 illiyinə həsr olunan hərbi parad əzəməti ilə seçiləcək. Elə son günlər Bakıda aparılan parad məşqləri də bu aksiyanın çox əlamətdar olacağını təsdiqləyirdi. Bu baxımdan, parada həm Azərbaycanın daxilində, eyni zamanda da xaricində böyük maraq vardı. Vurğulamaq lazımdır ki, prezident İlham Əliyevin tədbirin əvvəlində etdiyi çıxış Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məsələsində qətiyyətli mövqeyinin dəyişməzliyini bir daha nümayiş etdirdi. Əlbəttə ki, prezidentin belə qətiyyətli mövqeyi Azərbaycanın mövcud potensialından, ilk növbədə isə qüdrətli Ordumuzun olmasından qaynaqlanır". Ekspert bildirib ki, paradda sərgilənən müasir silah və texnika isə Azərbaycanın öz hərbi arsenalını necə ciddi şəkildə böyütdüyünü və modernləşdirdiyini göstərdi: "Nümayiş olunan hərbi texnika Azərbaycanın müasir texnologiya və hərb elminin nailiyyətlərindən maksimum yararlanmasının göstəricisi sayılmalıdır. Bu parad Azərbaycanın hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, digər aspektlərdən də çox səciyyəvidir. Azərbaycan keçirdiyi hərbi paradla dünyaya növbəti mesajını verdi. O mesaj Bakının bütün kənar təzyiqlərə baxmayaraq, öz ərazilərini güzəştə getməyəcəyini ehtiva edir. Hər halda, İrəvan bu hərbi gücdən nəticə çıxarmalıdır. İşğalçı Ermənistan Bakıda nümayiş etdirilən ən müasir silah və texnikanın "parad eksponatı" olmadığını yaxşı bilir və ona görə də təcavüzkar siyasətinə nəhayət son qoymalıdır. Keçirilən parad həmçinin əhalidə ruh yüksəkliyinin artırılması, xüsusilə, gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsi nəzərindən də çox əhəmiyyətlidir. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin qarantı olan Ordumuz həqiqətən də, millətimizin qürur mənbəyidir".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm hərbi paradda Türkiyənin Baş Qərargah rəisinin iştirakı və ilk dəfə olaraq Türkiyə Xüsusi Təyinatlı qüvvələrinin keçidi Bakı-Ankara arasında strateji müttəfiqliyin və qardaşlığın bariz nümunəsidir. Onun sözlərinə görə, 100 il əvvəl Türk ordusu Azərbaycanın müstəqilliyinin qazanmasında fəal rol oynadı. İndi isə, işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində öz dəstəyini indi də əsirgəməyəcəyi mesajını vermiş oldu: " Türkiyə Baş Qərargahının rəisinin və hərbiçilərinin Bakı paradında iştirakı, Ermənistana və regionda marağı olan ölkələrə mesajdır. Nəzərə alaq ki, qardaş ölkə Suriya və İraqda tarix yazır, öz milli təhlükəsizliyini və suverenliyinin müdafiəsi üçün hərbi əməliyyatlar keçirir. Məhz Ərdoğanın öz seçki bəyannaməsinə Qarabağ münaqişəsinin həllini qeyd etməsi, Ankaranın Cənubi Qafqazda siyasi-hərbi hərəkətliyinin artlrmasına hesablanıb. Rəsmi Ankara bununla göstərir ki, Azərbaycanın hər zaman yanındadır". Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyə ilə ölkəmizin hərbi əlaqələri indiyə qədər belə bir yüksək səviyyədə olmayıb: "Regionda dəyişən şərtlər, təhlükəsizliyin kövrək olması, Ermənistanın işğalçı siyasəti, Ankara-Bakı birgə hərbi əməkdaşlığını labüd edir. Bundan sonra, biz Türkiyənin Qarabağ münaqişəsinin həllində aktivliyinin şahidi olacağıq. Türkiyə çalışır ki, regionda təşəbbüsü ələ alsın. NATO ölkəsi kimi Azərbaycana tam dəstək verməklə, ölkəmizi digər ölkələrin siyasi şantajından çəkindirməyi strateji pioritetlərinə daxil edir. Qeyd edim ki, Azərbaycan və Türkiyə arasında sıxlaşan hərbi əməkdaşlıq və Türkiyənin hərbi paradda yüksək səviyyədə iştirakının müsbət nəticələrini bir müddətdən sonra şahidi olcağıq".
Məhəmməd